Yevlax rayon Qaraməmmədli kənd tam orta məktəbində direktorla müəllim arasında dava düşüb.
Faktmedia.az xəbər verir ki, direktor əvəzi Əliyeva Dilarə Məsim qızı həmin məktəbin biologiya müəllimi Sevinc adlı müəllim ilə dalaşıb.
Direktor müəllimin başına sumka vurub, təpik atıb, suyla dolu bardağı üzərinə töküb. Hətta, direktorun qızı da bu hadisədə iştirak edib.
Bildirilir ki, direktor əvəzi Dilarən Əliyeva məktəbdə tez-tez müəllimlərlə dalaşır.
Esmira Hidayətova