Britaniyada evli cütlük uşaq sahibi olmaq üçün arıqlayıb.
Faktmedia.az xəbər verir ki, bu barədə xarici jurnallarda məlumat dərc edilib.
Məlumata görə Böyük Britaniyadan olan Ketrin Korner və Din Korner uşağı ola bilməyəcəklərini öyrəndikdən sonra demək olar ki, yüz əlli kiloqram arıqlayıblar. Həmin vaxtadək kişinin 170 kq, qadın isə 145 kq çəkisi olub.
Gənc cütlük uzun müddət övladlarının olmasını xəyal edirdi. On il ərzində qadın təbii yolla hamilə qalmağa çalışıb, lakin cəhdlər boşa çıxıb. Sonra cütlük müayinə üçün klinikaya baş vurub. Həkimlər cütlüyə məsləhətlər veriblər. Övlad sahibi olmaq üçün Din və Ketrini arıqlamağa təşviq ediblər.
Eyni zamanda, cütlük mədəsini kiçiltmək üçün əməliyyat olunmağa razılaşıb. Nəticədə gələcək ana 60 kq, ata isə 80 kq arıqlayıb.
Rəna Həsənova