Xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç xarici işlər naziri Tobias Billströmün Norveçin paytaxtı Osloda keçirilən NATO Xarici İşlər Nazirləri toplantısı ilə bağlı verdiyi açıqlamalara Twitter hesabından paylaşdığı tvitlə cavab verib.
Nazir Çavuşoğlu paylaşımda, "İsveçli dostlarımıza çox açıq mesaj! Üçlü Memorandumdan irəli gələn öhdəliklərinizi yerinə yetirin və terrorla mübarizədə konkret addımlar atın. Yalnız bundan sonra digər məsələlər həll olunacaq" deyib.
Billström, Twitter-də görüşlə bağlı paylaşım edərək, "Bugünkü Osloda keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısı üzv dövlətlərin İsveçin NATO üzvlüyünə güclü dəstəyini göstərdi. Bu, Türkiyə və Macarıstan üçün İsveçin NATO-ya üzvlüyünü təsdiqləmə prosesinə başlamaq üçün bir fürsətdir. Bu, çox aydın mesajdır”.
Xəyalə Xəlilova