“Son dövrdə siyasi şantaj olaraq viza problemini ən qısa zamanda həll edəcəyik”.
Faktmedia.az xəbər verir ki, bunu Rəcəb Tayyib Ərdoğan seçki sonrası açıqlmasında bildirib.
"Bilirsiniz, banklar mayın 29-da bağlanacaqdı. Bazarda spekulyasiya etdilər. Sizdən xahiş edirəm ki, hər dəfə ağızlarını açanda Türkiyə iqtisadiyyatı haqqında pis şəkillər çəkən qiyamət adamlarına haqq verməyin. Sizin simanızda böyük və güclü Türkiyə idealını qoruyan TOBB üzvlərinə ölkəm və millətim adından təşəkkür edirəm. Türkiyəyə xidmət uğrunda mübarizəmizdə birlikdə addımladıq. Demokratiyamıza qarşı təhdidlərlə birlikdə qarşılaşdıq. Sizinlə.Türkiyə iqtisadiyyatını hər il orta hesabla 5,5 faiz böyüdük. "Togg"un 60 illik xəyalını sizin sahibliyinizlə gerçəkləşdirdik.Son 21 ili birlikdə qeyd edən unikal uğur hekayəsini yazdıq. dövlət-özəl sektorun əməkdaşlığı ilə bundan sonra da eyni xətt üzrə davam edəcəyik", - deyə Ərdoğan əlavə edib.
Xəyalə Xəlilova