“Qalibin kim olmasından asılı olmayaraq, Rusiyanın Türkiyə ilə sıx əməkdaşlığı davam edəcək".
Faktmedia.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov seçkilərlə bağlı verdiyi ilk açıqlamada deyib.
"Bizi enerji, turizm, ticarət, kənd təsərrüfatı, yol və hava nəqliyyatı və müxtəlif sahələrdə qarşılıqlı faydaya əsaslanan çox geniş əməkdaşlıq bağlayır. Bu əməkdaşlıq həqiqətən qarşılıqlıdır. Buna görə də bu günlərdə Türkiyədən gələn xəbərləri maraqla və böyük diqqətlə izləyirik. Türk xalqının seçiminə hörmətlə yanaşırıq və hörmətlə yanaşacağıq", - deyə Peskov bildirib.
Sevinc Hüseynova