Rusiya Moldova ilə dostluq və hörmətli münasibətlərin tərəfdarıdır, lakin Kreml iki ölkə arasında “yaxınlaşma planının” olub-olmamasından xəbərsizdir.
Faktmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
Belə bir sənədin mövcudluğu barədə daha əvvəl bəzi Qərb mediası məlumat vermişdi:
"Belə bir plan haqqında heç nə bilmirəm. İstisna etmirəm ki, bu, son vaxtlar Qərb mediasında çox yer alan növbəti saxta hekayə ola bilər. Rusiya Moldova da daxil olmaqla, yaxşı qonşuluq və qarşılıqlı faydalı münasibətlər qurmağa həmişə hazır olub və bundan sonra da hazır olacaq. Biz təəssüf edirik ki, hazırkı Moldova rəhbərliyi heç bir səbəb olmadan Moskvaya qarşı əsassız qərəzlərə malikdir. Onlar rusofob bakteriyalara yoluxmuş olmalıdırlar”- deyə o, vurğulayıb.
Peskov bildirib ki, Rusiya hər zaman hər kəslə qarşılıqlı maraq və narahatlıqları nəzərə alaraq qarşılıqlı faydalı və hörmətli münasibətlər axtarır.
Bəsti Məmməd