Pakistanın keçmiş baş naziri İmran Xan başqa ittihamlarla yenidən həbs oluna bilər.
Pakistanın Lahor polisi siyasətçini yenidən saxlamaq üçün İslamabada gedib.
Faktmedia.az xəbər verir ki, bu barədə Davn nəşrinin dərcindən məlum olub.
Qeyd olunur ki, polis qrupuna baş müfəttişin müavini rəhbərlik edir. Siyasətçiyə qarşı işləri araşdıran birgə istintaq qrupu İslamabadın Ali Məhkəməsinə müxalif Ədalət Hərəkatı partiyasının rəhbərinin həbs edilməsini istədiyi barədə məlumat verib.
Qeyd edək ki, bundan əvvəl Pakistanın Ali Məhkəməsi keçmiş baş nazir İmran Xanın həbsini qanunsuz elan edib.
Havar Şəfiyeva