Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) lideri Xanın məhkəmə qarşısında həbs edilməsindən sonra minlərlə PTI tərəfdarı ölkə daxilində etiraz aksiyalarına başlayıb.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, İmran Xanın həbsindən sonra başlayan etirazlarda 1 nəfər ölüb, 13 nəfər yaralanıb.
Etirazlar zamanı 5 polisin yaralandığı, 43 nümayişçinin nəzarətə alındığı bildirilib.
Elçin Şəfiyev