Moskva mıhkəməsi “Google” şirkətini qeyri-ənənəvi cinsi əlaqəni təbliğ edən məlumatları silməkdən imtina etdiyinə görə 3 milyon rubl 39 086 dollar cərimələyib.
Faktmedia.az TASS-a istinadən xəbər verir ki, buna səbəb şirkətin Youtube-dan iki videonu silməkdən imtina etməsi olub.
Birinci video bloger Karen Şahinyan tərəfindən eynicinsli ailələrdə uşaq böyütməkdən, digər video isə Sankt-Peterburqdakı LGBT icmasından olan insanların həyatından bəhs edən Grani.ru (Rusiyada xarici agent kimi tanınır) tərəfindən təqdim olunub.
Bu videoları Rusiyanın media nəzarəti orqanı aşkar edib və “Google”dan onları dərhal silməyi tələb edib.
Qeyd edək ki, 2020-ci ildən “Google” Rusiya Federasiyası ərazisində qadağan olunmuş məzmunu silməkdən imtina etdiyinə görə dəfələrlə inzibati məsuliyyətə cəlb edilib. 2021-ci ildə “Google”Rusiyada qadağan olunmuş məlumatları sistematik şəkildə silmədiyinə görə 7,2 milyard rubl cərimələnib.
Elçin Şəfiyev