ABŞ-ın Şimali Karolina ştatının Folli-Biç şəhərində gəlin sərxoş sürücü ilə qəza törədib və toy günü dünyasını dəyişib.
Faktmedia.az xəbər verir ki, bu barədə BTV məlumat yayıb.
25 yaşlı Ceymi Komorski avtomobilini yeni evlənən Arik və Samanta Hatçinsonları olan maşına çırpıb. Hadisədən bir neçə saat əvvəl evlənən cütlük sahildə toy ediblər. Hadisə nəticəsində gəlin yerindəcə keçinib, bəy və daha iki sərnişin isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Polisə bildirilib ki, qəzanı törədən Komorski sərxoş olub və sürət həddini 2 dəfədən çox aşıb. Həmin şəxs həbs edilib. O, sərxoş vəziyyətdə avtomobil idarə etməkdə və ehtiyatsızlıqdan adam öldürməkdə ittiham olunur.
Havar Şəfiyeva