Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi və italiyalı həmkarı Antonio Tayani Yaponiyanın Karuizava kurortunda keçirilən G7 nazirlərinin görüşü çərçivəsində ikitərəfli münasibətləri müzakirə ediblər. Əsas mövzulardan biri də yeni nəsil qırıcının birgə yaradılması olub.
Faktmedia.az bu barədə Yaponiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayır.
Qeyd olunur ki, Hayaşi görüş zamanı təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirməyə ümid edir. Dekabr ayında Yaponiya, Böyük Britaniya və İtaliya hökumətləri 2035-ci ilə qədər yeni nəsil qırıcıların birgə hazırlanması üçün Qlobal Döyüş Aviasiyası Proqramına başlamaq barədə razılığa gəliblər.
Havar Şəfiyeva