Bern 5 il ərzində Ukraynaya 1,5 milyard frank məbləğində maliyyə yardımı göstərəcək.
Faktmedia.az xəbər verir ki, bu barədə SVI portalı İsveçrənin xarici işlər naziri İqnazio Kassisin bəyanatına istinadən məlumat yayıb.
Nazir xatırladıb ki, aprelin 13-də Vaşinqtonda Beynəlxalq Valyuta Fondu və Dünya Bankının yaz konfransında çıxış edən İsveçrə də 2023 və 2024-cü illər ərzində Kiyevə 300 milyon İsveçrə frankı (təxminən 331 milyon dollar) göndərməyi öhdəsinə götürüb. beləliklə, Bern növbəti 6 il ərzində Ukraynaya 1,8 milyard frank (təxminən 2 milyard ABŞ dolları) ödəyəcək.
Qeyd edək ki, martın 11-də Berndə mitinq keçirilib və onun iştirakçıları İsveçrə hakimiyyətini Ukraynadakı münaqişədə bitərəf qalmağa çağırıblar. Aksiyada iki-üç min nəfər iştirak edib. Mitinqin təşkilatçılarından biri olan Mass-Voll hərəkatının qeyd etdiyi kimi, nümayiş nə Ukraynaya, nə də Rusiyaya qarşı keçirilməyib.
Havar Şəfiyeva