Porno ulduz Kim Kardaşyan serial dünyasına qədəm qoyur. Kardaşyan "Amerikan Dəhşət Hekayəsi"nin 12-ci mövsümü ilə ən yüksək səviyyəli televiziya aktyorluğu ilə debüt edəcək.
Faktmedia.az xəbər verir ki, Kardaşyan "American Horror Story" nin 12-ci mövsümünə qatılır. 42 yaşlı Kardaşyan serialda xüsusi olaraq onu düşünərək yazılmış bir rolda görünəcək. Kardaşyanın rolunu Halley Fayfer çəkəcək və məşhur ulduz Emma Roberts ilə birlikdə rol alacaq.
"Kim dünyanın ən böyük və ən parlaq televiziya ulduzlarından biridir və biz onu Amerika Dəhşət Hekayəsi ailəsində salamlamaqdan məmnunuq",- deyə şounun yaradıcısı və rejissoru Rayan Merfi "The Hollywood Reporter"a bildirib.
Sevinc Hüseynova