Belqrad Vaşinqtonla əlaqələrin möhkəmlənməsinə ümid etdiyini bildirir.
Faktmedia.as TASS-a istinadən xəbər verir ki, bu barədə Serbiyanın baş naziri Ana Brnabiç bildirib.
“Serbiya Birləşmiş Ştatlarla əməkdaşlığı inkişaf etdirməyə qətiyyətlə sadiqdir. Buna ABŞ şirkətləri tərəfindən artan investisiya axını, mal və xidmətlərin artan ticarət mübadiləsi və müxtəlif inkişafa yardım proqramları vasitəsilə ənənəvi əhəmiyyətli maliyyə dəstəyi kömək edir”, - deyə baş nazir ABŞ İqtisadi İnkişaf Agentliyinin direktoru ilə danışıqların yekununda bildirib.
Bundan əvvəl məlum olub ki, Serbiyanın Rusiyaya qarşı sanksiyalara qoşulacağı təqdirdə Vaşinqton Belqrada iqtisadi və diplomatik dəstək verməyə hazırdır. ABŞ-ın Serbiya və Kosovo üzrə xüsusi nümayəndəsi Qabriel Eskobarın fikrincə, Belqradın bu məsələdə Avropa ictimaiyyətindən kənarda qalması sərfəli deyil.
Havar Şəfiyeva