“Aİ-nin Kosovo problemlərinin həllində iştirakının nəticələri təşkilatın nüfuzuna birbaşa təsir edəcək”.
Faktmedia.az xəbər verir ki, bu sözləri Serbiyanın baş naziri Ana Brnabiç deyib.
O bildirib ki, Serbiyanın Avropa İttifaqına üzvlüyü bütün regionda təhlükəsizliyin təminatı olacaq:
“Qərbi Balkan ölkələri sülh layihələrinin bir hissəsi olmalıdır və hesab edirəm ki, Avropa İttifaqına birgə üzvlüyümüz sayəsində Avropanın bu hissəsindəki ölkələr arasında uzunmüddətli sülh və qarşılıqlı anlaşma daha tez təmin oluna bilər. Avropa İttifaqı Serbiyaya ən böyük sərmayə qoyan və şübhəsiz ki, bəşəriyyətin ən uğurlu sülh layihəsidir”.
Bəsti Məmməd