“Xarici vətəndaşlar xüsusi hərbi əməliyyatda iştirak etmək üçün Krımda Rusiya bölmələrinə qoşulmaq istəyirlər”.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Krımın rəhbəri Sergey Aksenov deyib.
Onun sözlərinə görə, hazırda Rusiyanın mövqeyini bölüşən digər ölkələrin nümayəndələri ilə münasibətləri saxlamaq xüsusilə vacibdir:
"Burada əcnəbilər var, mən onları buraxmayacağam, çünki onlar bunu tam dəstəkləməyən hökumətlər tərəfindən ovlanır. Lakin çoxları rus dünyasının, pravoslavlığın dəyərlərini bölüşür. Bu vəziyyətdə münasibətləri qorumaq mütləq lazımdır. Biz reaksiya verən və xüsusi hərbi əməliyyatda bilavasitə könüllü kimi iştirak edən hər kəsə minnətdarıq”.
Bəsti Məmməd