Rusiya və Türkiyə ilə görüşdə Tehran və Dəməşq iştirak edə bilər.
Faktmedia.az xəbər verir ki, İran və Suriya Xarici İşlər nazirliklərinin nümayəndələri belə bir görüşdə iştirak imkanlarını qiymətləndiriblər.
“Suriya, Türkiyə, İran və Rusiyadan ibarət dördtərəfli görüşün xarici işlər nazirlərinin müavinlərinin Moskvada keçiriləcək yekun tarixi hələ müəyyən edilməyib. Biz iştirak etməyə hazırıq və dəvət olunmuşuq, lakin görüşün yekun təsdiq edilmiş tarixi barədə bizə məlumat verməlidir. Biz hələ Moskvadan görüşün tarixi ilə bağlı yekun təsdiqi almamışıq”, - deyə İran xarici işlər nazirinin köməkçisi Əli Əsgər Hacı bildirib.
Eyni zamanda, Suriya tərəfi yalnız dördtərəfli görüşdə iştirak imkanlarını nəzərdən keçirir, Suriya xarici işlər nazirinin müavini Ayman Susan deyib.
Bundan əvvəl Rusiya, Türkiyə, Suriya və İran danışıqlara hazırlığa başlayıb. Xarici işlər nazirlərinin müavinlərinin görüşü Moskvada keçiriləcək, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Havar Şəfiyeva