Antisemit ritorikasına görə məşhur reper Kanye Uestlə əlaqələrini kəsən "Adidas", sənətçinin Yeezey brendi ilə iş birliyi çərçivəsində hazırladığı ayaqqabıları itki ilə satıb.
Faktmedia.az xəbər verir ki, reperlə ortaq şəkildə hazırladığı ayaqqabıları satmaqda çətinlik çəkən Alman idman malları istehsalçısı 514 milyon dollar itirdiyini açıqlayıb.
Brend artıq stokda olan Yeezy məhsullarını sata və ya istifadə edə bilməsə, ilin sonuna qədər 500 milyon dollar zərər çəkə bilər.
Bəsti Məmməd