Rusiya prezidenti Vladimir Putin Rusiyanın strateji silahların azaldılması müqaviləsində (Yeni START) iştirakını dayandıran qanunu imzalayıb.
Faktmedia.az xarici mediaya istinadən xəbər verir ki, qanun rəsmi dərc edildiyi andan qüvvəyə minib.
Qeyd edək ki, ABŞ və Rusiya arasında Yeni START Müqaviləsi üzrə Tədbirlər haqqında Müqavilə 2010-cu ildə imzalanıb və 5 fevral 2011-ci ildə qüvvəyə minib.
Bəsti MƏMMƏD