Kahramanmaraş zəlzələlərdə binalarla bağlı aparılan araşdırmalarda həbs edilən şübhəlilərin sayı 160-a yüksəlib.
Faktmedia.az “NTV Haber”ə istinadən xəbər verir ki, zəlzələlərdə dağılan və ya rayonlaşdırma pozuntusu olduğu təsbit edilən binalarla bağlı Respublika Baş Prokurorluğu tərəfindən vəzifəli olaraq başladılan araşdırmalarda 564 şübhəlinin məsuliyyəti müəyyən edilib.
Baş Prokurorluğun qərarı ilə 18 nəfər hələ də həbsdə olsa da, şübhəlilərdən 11-nin həyatda olmadığı məlum olub.
Araşdırmalarda 6 şübhəlinin xaricdə olduğu müəyyən edilib, 62 şübhəli isə ifadələrinin ardından sərbəst buraxılıb.
Rəna Həsənova