Hollandiyanın baş naziri Mark Rutte noyabrda keçirilməsi planlaşdırılan seçkilərdən sonra siyasətdən gedəcəyini açıqlayıb.
Rutte deyib ki, hökuməti immiqrasiya siyasəti səbəbindən dağılandan sonra noyabrda keçiriləcək seçkilərdən sonra ölkənin hakim partiyasının rəhbərliyindən və siyasətdən istefa verəcək.
Hollandiyada ən uzun müddət vəzifədə olan baş nazirlərdən biri olan Rutte cümə günü 4 partiyalı koalisiya hökumətinin istefasını Hollandiya kralı Willem-Alexanderə təqdim edib.
Faktmedia.az