Trabzonsporun prezidenti Ahmet Ağaoğlu istefa verdiyini açıqlayıb.
Faktmedia.az xəbər verir ki, Ahmet Ağaoğlu istefasını "Trabzonspor"la vida mesajı ilə bölüşüb.
Ağaoğlu vida mesajında bunları deyib:
"Məndən sonra vəzifəyə gələcək dostlarımın və ağsaqqallarımın klubumuzu daha yüksək zirvələrə daşıyacaqlarına və onu uğurla idarə edəcəklərinə bütün qəlbimlə inanıram. Ən böyük arzumdur ki, onlar klubumuzu daha da yüksəklərə qaldıraraq vəzifələrini icra etsinlər”.
Bəsti Məmməd