“Azərbaycana 2011-ci ildə “Avroviziya” sevinci bəxş edən müğənni Nigar Camalın avtomobilinə hücum edən şəxs saxlanılıb”.
Bunu Faktmedia.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.
O qeyd edib ki, hücum edən şəxs müəyyən olunub və polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb:
“Məsələ barədə araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.
08-18
Azərbaycanı "2011-ci ildə “Avroviziya”da təmsil edən müğənni Nigar Camala yolda hücum olunub.
Faktmedia.az xəbər verir ki, sənətçi bu barədə sosial media hesabında paylaşım edib.
Onun sözlərinə görə, KİA markalı avtomobili idarə edən şəxs yolunu kəsib. Sonra sürücü avtomobildən enərək müğənniyə yaxınlaşıb. Ondan pəncərəni açmağı tələb edərək avtomobilə zərbələr endirib, güzgünü sındırıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.
Daha ətraflı videoda: