Seks sənayesinə girməzdən əvvəl autizmli uşaqlar üçün xristian məktəbində müəllim işləyən porno aktrisa Kortni Tilliah niyə peşəsini dəyişmək qərarına gəldiyini açıqlayıb.
Faktmedia.az xəbər verir ki, onun hekayəsini Daily Star nəşr edir.
“Məktəbdəki işimi tərk edənə qədər özümü özümdən və Allahdan qopmuş hiss edirdim. Həyatımın məqsədinin nə olduğunu və başqalarına necə kömək etməli olduğumu bilmirdim". Tilliahın sözlərinə görə, məktəbi bitirdikdən sonra məqsədinin qadınları cinsi utancdan azad etmək olduğunu başa düşüb.
Porno aktrisa etiraf edib ki, böyüklər üçün filmlər çəkməyi öz missiyası hesab edir. Yetkin kino ulduzu əlavə edib ki, əri onun xristian məktəbindəki işini tərk edib pornoya çəkilmək qərarını dəstəkləyib.
Tillia səhifəsinə 18 000 nəfərin abunə olduğu OnlyFans platformasında və sosial şəbəkələrdə erotik və seksual məzmunlar dərc edir. Onun sözlərinə görə, bu, ona ayda 20 min dollardan 100 min dollara qədər gəlir gətirir.
Sevinc Hüseynova