OnlyFans və Pornhub-da açıq-saçıq şəkil və videoları ilə gündəmdə olan 22 yaşlı amerikalı porno ulduz Lulu Lehrman anasının işinə olan münasibətindən danışıb.
Faktmedia.az xəbər verir ki, Model “Daily Star”a müsahibəsində təfərrüatları açıqlayıb.
“Anam məni dəstəkləyir. Və mən onu çox sevirəm. O, həmişə mənə dəstək olub”, - deyə Lerman bildirib. Porno ulduz əlavə edib ki, anası onun sinə böyütmə də daxil olmaqla bir neçə plastik əməliyyat etdirməsinə də etiraz etmir.
Eyni zamanda, Lerman nənə və babasının onun işindən xəbərsiz olduğuna aydınlıq gətirib: “Mən onlara sadəcə model kimi işlədiyimi və alt paltarda şəkil çəkidiyimi demişəm”.
Daha əvvəl ABŞ-ın başqa bir porno ulduzu Sarai Minks atasının peşəsi ilə bağlı xəbərləri qəbul etməkdə çətinlik çəkdiyini bildirmişdi. Amerikalının sözlərinə görə, valideyn qızının seçimini biləndə ağlayıb. Daha sonra aktrisa böyüklər üçün çəkilmiş filmlərdə çəkilişləri karyeraya çevirmək istəmədiyi üçün pornodan ayrılıb.
Sevinc Hüseynova