"Ölkəmizdə ikili diplom verən universitetlər çoxluq təşkil eləmir. Ümumilikdə 54 ali təhsil müəssisəsi var və onlardan təxmini 10-a yaxını ikili diplom təqdim edirlər”.
Bunu Faktmedia.az-a təhsil ekspert Elçin əfəndi deyib.
Ekspert bildirib ki, Bakı Ali Neft Məktəbinin Magistratura pilləsi, Neft- Qaz mühəndisliyi və Kimya mühəndisliyi ixtisası üzrə Böyük Britaniyanın universitetləri ilə əməkdaşlıq edir:
“Neft və Sənaye Universiteti Fransanın universitetləri ilə əməkdaşlıq edərək ikili diplom təqdim edir. Həmçinin həm Türkiyə, həm də Fransa ilə əməkdaşlıq edən universtetlər siyahısına İqtisadiyyat Universiteti də daxildir. Əsasən ikili diplom magistr pilləsində təqdim olunur. Tələbə gələcəkdə bu ixtisaslar üzrə təhsil aldıqda hər iki diplomu eyni ixtisas üzrə təqdim olunur. İş baxımından hər iki diplom keçərli olur və təhsil alan şəxslər təkcə ölkəmizdə deyil, eyni zamanda ölkədən xaricdə də hər iki diplom ilə işləyə bilirlər”.
Havar Şəfiyeva