“Medinex” sərgisində “Torakal cərrahiyyədə çətin qərarlar” adlı panel müzakirəsi təşkil edilib.
Panel sessiyasında Kliniki Tibbi Mərkəzin uzman torakal cərrahı Fəhmin Əmirov təqdimatla çıxış edib.
Fəhmin Əmirov çıxışında pasiyentlərin üzərində həyata keçirdiyi əməliyyat prosesləri, sözügedən əməliyyatlardan olan görüntüləri iştirakçılara təqdim edib, əməliyyat prosesini, verilən qərarları və nəticələri iştirakçılarıa bölüşüb.
Sonda iştirakçıların sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.