“Təbiətdə STEAM” adlı layihə təşkil olunub.
Faktmedia.az xəbər verir ki, 5-7 iyul 2023-cü il tarixlərində Balakən rayonu ərazisində yerləşən "Qubek" hoteldə müəllimlər üçün "Təbiətdə STEAM-1"adlı layihə həyata keçirilib.
Layihə zamanı müəllimlərə STEAM fəlsəfəsi, təbiətdə STEAM fəaliyyətləri, yeni dərs metodları, onların praktiki tətbiqi və s. mövzularda təlimlər təqdim olunub.
Ölkəmizdə ilk dəfə təşkil olunan "Təbiətdə STEAM" layihəsi çərçivəsində təlimə qoşulanlar Türkiyədən dəvət olunmuş mütəxəssis Mehmet Nuri Ögütün təqdimatında "STREAM nədir?" adlı məruzə ilə da tanış olublar.
Layihəyə qoşulanlar sonda beynəlxalq sertifikatla təltif ediliblər.
Xatırladaq ki, "Təbiətdə STEAM -1" layihəsinin təşkilatçıları Hədəf STEAM LİSEYİ, Manisa Celal Bayar Universiteti, STEM Eğitimcileri Derneği və Hedef Globaldır.