Biləsuvarda gül toxumundan zəhərlənən azyaşlıların vəziyyəti açıqlanıb.
Bu barədə Faktmedia.az-a məlumat daxili olub. Belə ki, zəhərlənən azyaşlılar Kliniki Tibbi Mərkəzə gətirilib.
KTM-in mətbuat xidmətindən bildirilib ki, azyaşlılar həkim müayinəsindən sonra müəyyən olunub ki, zəhərlənmə faktı yoxdur. Sadəcə uşaqlarda mədə-bağırsaq pozuntusu baş verib. Həkimlərimiz vacib məsləhətlərini verib və xəstələr evə buraxılıb.
***
Biləsuvarda gül toxumundan evin 2 azyaşlı uşağı zəhərlənib.
Bu barədə APA məlumat yayıb. belə ki, S.Vurğun küçəsində yerləşən evdə qeydə alınıb. Yaşadıqları evin həyətində əkilən gülün toxumlarını yeyən 10 və 9 yaşlarında olan qardaşlar - 2013-cü il təvəllüdlü Bayramlı Abuzer Məhərrəm oğlu və qardaşı 2014-cü il təvəllüdlü Məhəmməd Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar və ilkin tibbi yardım göstərilib.
Rəna Həsənova