Ali təhsil müəsissələrinə qeydiyyat başlayıb. Qeydiyyat zamanı tibbi arayış tələb olunur. Bəzi valideynlər bu arayışın alınması üçün 40 manat verəcəklərini və buna maddi güclərinin çatmadığını bildirirlər.
Məsələ ilə bağlı Faktmedia.az-a tibb üzrə ekspert Adil Qeybulla. deyib ki, sağlamlıq arayışlarına ehtiyac var, çünki tələbədə vərəm və digər yoluxucu xəstəliklər ola bilər, tədris prossesi həmin xəstəliklə yanaşı aparıla bilməz:
"Ona görə də sağlamlıq arayışı olmalıdir, amma bu arayış səmimi bir arayış olmalıdır, yalandan alınmış arayış yox. Ali məktəblərə təqdim etmək üçün alınan arayışların pullu olması ilə bağlı mənim xəbərim yoxdur, amma hesab edirəm ki, insan gedib hər hansı bir tibb müəssisəsindən arayış alırsa, orada bütün kabinetlərdən keçsə, müayinə olunsa ödənişə də ehtiyac qalmaz. Amma çox insanlar istəyir ki, o arayışı müayinədən keçmədən alsın, o zaman başlayır bu neqativ hallar ortaya çıxmağa. Yəni sui-istifadə hər iki tərəfdən baş verir. Ona görə də səmimi şəkildə müayinə olunub, arayış almaq lazımdır. Döş qəfəsinin rentgen müayinəsi, keçirilmiş hansısa bir yoluxucu xəstəlik, virus hepatitlər və sairə xəstəliklərin olub - olmaması ilə bağlı müayinə olunmalıdır və bunlar arayışda qeyd olunmalıdır, yəni sağlamlıq göstəriciləri mütləq araşdırılmalıdır".
Rəna Həsənova