Bu gündən etibarən Azərbaycanda bütün siqaretlərin qiyməti artıb. Bu barədə “Qaynarinfo”ya satıcılar xəbər veriblər. Bildirilib ki, siqaretlər firmalar tərəfindən bahalaşdırılıb. Firmalar bütün siqaretlərin qiymətinə 10 qəpik əlavə ediblər.