Türkmənistan prezidenti Berdiməhəmmədov 2025-ci ilə qədər ölkədı tütün istifadəsini yox etməyi hədəfləyir.
Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov siqaretə qarşı "güzəştsiz" mübarizə çərçivəsində qəlyan və elektron siqaretlər də daxil olmaqla, qeyri-qanuni tütün məmulatlarının idxalı və satışının qadağan ediləcəyini açıqlayıb.
Türkmənistan dövlət mediasında Berdiməhəmmədovun qoyduğu qadağa yüksək dərəcədə təqdim edilib.
Bildirilib ki, Türkmənistan dünyada tütündən azad ölkələrin sayını artırmaq üçün misli görünməmiş tütün əleyhinə hərəkata başlayır.
Dövlətə bağlı KİV-lər ölkəyə qaçaqmalçılıq yolu ilə tütün, qəlyan və elektron siqaret məmulatlarını gətirən 20 nəfərin tutulduğunu xəbər veriblər. Televiziya kanalları həmçinin, həbs olunanlardan birinin instaqramda evdə qəlyan çəkərkən çəkdirdiyi görüntüləri paylaşdığına görə ictimaiyyət qarşısında üzr istəməsi görüntülərini də yayımlayıb.
Bundan başqa, ölkədə siqaretin reklamı və ictimai yerlərdə istehlakı da daxil olmaqla, siqaretə qarşı sərt tədbirlər həyata keçirilir. Elektron siqaretlər də ancaq dövlətə bağlı mağazalarda satılır.
Havar Şəfiyeva