Kahramanmaraşda yaşayan 40 yaşlı Sultan Tıraşa boyun yırtığı səbəbiylə taxılan implantlardan biri bir müddət sonra yerindən çıxaraq yemək borusundan mədəsinə düşüb.
Tibb ədəbiyyatında nadir rast gəlinən bu hadisədən sonra Sultan Tıraş Qaziantepdəki özəl universitet xəstəxanasında keçirdiyi əməliyyatla sağlamlığına qovuşub.
Tıraşın sağlamlıq vəziyyəti ilə əlaqədar mətbuat konfransında onu əməliyyat edən prof. Levent Elbəyli pasiyentin huşsuz vəziyyətdə xəstəxanaya gətirildiyini və həyatını itirmə riskinin çox yüksək olduğunu bildirib.
Tibb ədəbiyyatında bu hadisəyə rast gəlinmədiyini deyən L.Elbəyli rentgenoloji müayinə və qiymətləndirmələr nəticəsində başqa bir mərkəzdə boyun fəqərələrinə yerləşdirilən metal disklərin yerindən çıxdığını və onlardan birinin mədədə olduğunu qeyd edib.
Endoskopiya zamanı yemək borusunda perforasiya aşkar etdiklərini açıqlayan Elbəyli çox riskli əməliyyat etdiklərini, iynə ucu qədər açıq bir ləkə buraxmaq şanslarının olmadığını deyib.

Sevinc Hüseynova