"Narkomaniya son dövrün ən geniş yayılmış xəstəliklərindən biridir və bu xəstəliyin yayılması ona qarşı aparılan mübarizə tədbirlərinin də məcmusunun artmasına gətirib çıxarır. Bu gün narkomaniyanın bir xəstəlik kimi mübarizə tədbirləri çərçivəsində ən öndə gələn istiqamətlərdən biri tibbi müalicə tədbirləridir. Təbii ki, burada aparıla bilən ən önəmli mübarizə metodu özünü xəstə hesab edən, asılı şəxs hesab edən insanların müalicə prosseslerinə cəlb olunmasının asanlaşdırılmasıdır".
Bunu Faktmedia.az-a Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Rövşən Kərimli deyib.
"Müalicə prosseduralarının asan olması daha çox asılı şəxslərin, xəstələrin müalicə mərkəzlərinə müraciət etmələrinin sayını artıracaq ki, bu da bizə son nəticə olaraq, narkotik maddələrdən istifadəni dayandıran şəxslərin faiz nisbətində az da olsa artımın olmasına gətirib çıxaracaq və bu da ümidverici məqamlardan biri olacaqdir. Cari il ərzində müraciətlər il sonunda hesablanır, ilin yekunu olaraq hesabat təqdim olunur. Ümumilikdə il ərzində narkoloji mərkəzə 4000- dən yuxarı, bəzi hallarda stasionar müraciətlər olur. Bu xəstəlikdə mûraciət edən şəxslərin yaş aralığı ilə xəstəliyin başlanması dövründəki yaş aralıqlarını qarışdırmaq olmaz. Hər yaş aralığı üçün xəstəliyin yayılması, epidemiologiyası var və onların xəstəxanaya müraciəti təbii ki, mümkündür. Xəstəxana müraciətləri daha çox orta yaşlarda olur. Son illərdə bir qədər xəstəliyin özünün başlanma yaşının daha gəncləşməsi səbəbindən müraciət edənlərin də yaşlarında azalma qeydə alınır. Bəzən yeniyetmələr, həddi-buluğa çatmamış şəxslər müalicə üçûn müraciət edirlər. Bu ürəkağrıdıcı məqamdır", - həkim bidirib
Rəna Həsənova