"Bu haqda çox düşünürəm, o məqamı tapa bilmirəm ki, hansı məqamda mənim düşüncəm elə dəyişdi ki, mən kinorejissor olmaq istədim. Bunu tapa bilmirəm, amma gətirib çıxaran yollar çoxdur. Bu yaxınlarda bir şəkil tapmışdım, bizim bu həyətin şəkli, adamsız,heç kim yoxdur, ortada su kranı, yanında püstə ağacı, ondan o tərəfə qonşunun hasarına söykənən əncir ağacı, hansilə ki, mən çıxırdım qonşunun damına. Mən bu şəkili görəndə o qədər sevindim, amma sonra nədənsə şəkili arxa tərəfinə çevirdim və gördüm yazılıb may, 1953-cü il, mən isə avqustda anadan olmuşam. Yəni, bu şəkil mənim həyata gəlişimdən 3 ay əvvəl çəkilib. Mən çox düşüncələrə getdim ki, məndən də qabaq bu məkan var idi, mən yox idim və bu mənə heç bir xatirə vermədi. Görünür mən hələ cavab tapmamışam ki, nə vaxt mən düşündüm ki, rejissor olmalıyam. Amma, məndə uşaqlıqdan diqqət cəlb eləmək həvəsi var idi".
Faktmedia.az xəbər verir ki, bunu rejissor Vaqif Mustafayev REAL TV-nin efirində deyib.
Həmin müsahibəni təqdim edirik:
Rəna Həsənova