"Arzu edirəm ki, heç kəsin 25 illik əməyi diqqətsiz qalmasın. Əgər diqqət göstərsəydilər bu günlə bağlı ürək dolusu danışardım. Çox təssüflər olsun ki, bu günü bayram kimi qeyd eləyə bilmirəm".
Bunu Faktmedia.az-a Lənkəran Dövlət Dram Teatrın aktrisası Aynur Əhmədova deyib. Aktirisa bildirib ki, çox təssüflər olsun bu günü bayram kimi qeyd eləyə bilmirəm:
"Bu gün mənim üçün sadəcə olaraq tarixi bir gündür. Həmişə olduğu kimi 10 mart tarixində tamaşam var idi, bu gün də Xalq yazıçısı Kamal Abdullanın "Casus" tamaşasında Burla Xatun rolunda oynadım. Təkcə Lənkəran mədəniyyəti, Lənkəran teatrı üçün 25 il işləmişəm. 25 il ərzində rayonda keçirilən bütün tədbirlərdə aparıcılıq eləmişəm. Mənim nə dövlətimizdən, nə də Mədəniyyət Nazirliyindən heç bir narazılığım yoxdur. İki dəfə müraciətim olub və hər ikisinə müsbət cavab almışam. Təssüflər olsun ki, hal hazır ki rəhbərlikdən başqa öncəki rəhbərliklər heç vaxt mənə ad verə bilməyiblər. Səbəb olaraq isə məndən yaşca daha böyük aktyor, aktirisaların burada fəaliyyət göstərməsi kimi göstərib. Halbu ki, o nəzərdə tutduğu adamların bəzilərinin 40 ildə qazandıqlarını mən Lənkəranda 20 ildə qazanmışam.
Havar Şəfiyeva