"Tərəqqi" medalı almaq mənim kiçik əməyimə dövlət başçısının verdiyi böyük dəyər kimi qiymətləndirirəm. Əlbəttə ki, bu medalı almaq biraz da mənim məsuliyyətimi artırır".
Bunu Faktmedia.az-a Prezidentin yenicə "Tərəqqi" medalı ilə təltif etdiyi YAP-ın Qusar Təşkilatının sədr müavini Neva Abdurəhmanova deyib.
"Artıq 10 ildən çoxdur ki ulu öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsi və təbliği ilə məşğul olmuşam. Hal-hazırda YAP-ın Qusar təşkilatının sədr müavini olaraq fəaliyyətimi davam etdirirəm. Heydər Əliyev irsininin öyrənilməsi və təbliği, eləcə də dövlət başçımızın yürütdüyü siyasətin hər zaman kiçicik də olsa dəstəkçisi olmağa çalışmışam. Dövlətçiliyin xidmətində özümü bir sıravi əsgər kimi hesab edirəm. Fəaliyyətimi belə dəyərləndirilməsi əlbətdə ki, həyatım ən xoşbəxt anlarından biri oldu. Bu xoş xəbərlə bağlı ilk dəfə Milli Qəhrəmanımız Çingiz Qurbanovun atasından zəngi gəldi və təbrik edərək ürək sözlərini dedi. Həqiqətın çox xoş və gözlənilməz bir xəbər oldu", - deyə bildirib.
Qeyd edək ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup azərbaycanlı xanım “Tərəqqi” medalı ilə təltif edilib.
Havar Şəfiyeva