"Bu gün dünyada taxılın qiymətinin ucuzlaşması, sözsüz ki, taxıl idxalçısı kimi ölkəmizdə də taxılın, buğdanın və buğda məhsullarının qiymətinin ucuzlaşmasına təsir edə bilər, belə ki, bu un, çörək və un məmulatlarının da qiymətlərinin ucuzlaşması ilə nəticələnə bilər və bu baxımdan əlbəttə ki, müsbət haldır".
Bunu Faktmedia.az-a iqtisadçı Eyyub Kərimli deyib.
Ekspert əlavə edib:
"Qeyd edərdim ki, çörəyin qiyməti iqtisadiyyat üçün bir etalon qiymətdir, hətta çörəyin qiyməti qalxırsa, bu zəncirvari digər məhsulların, ərzaqların qiymətlərinin artımına təsir edir, əgər çörəyin qiyməti aşağı düşürsə bu da öz növbəsində digər məhsulların da ucuzlaşmasına öz təsirini göstərir. Taxıl həm də, heyvandarlıqda da yem əvəzində istifadə olunur. Bu da o deməkdir ki, ətin də qiymətinin ucuzlaşmasına öz təsirlərini göstərə bilər. Hesab edirəm ki, taxılın qiymətinin aşağı enməsi digər məhsullara da öz müsbət təsirini göstərəcək".
Rəna Həsənova