Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycanın paytaxtı Bakıdakı Türk Şəhidliyini ziyarət edib.
Faktmedia.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Kurtulmuş səfəri çərçivəsində Bakıdakı Türk Qəbiristanlığında çıxış edib.
"Azərbaycan Türkiyənin qardaşıdır. Hər sahədə gözəl əlaqələrimiz olan bir ölkədir. Türkiyənin Qafqazda Azərbaycanla əlaqələri son dərəcə əhəmiyyətlidir. Azərbaycanın buradakı gücü Türkiyənin öz bölgəsindəki gücü deməkdir. Bu, Türkiyə ilə münasibətlərin yüksək səviyyədə olması deməkdir".
Xəyalə Xəlilova