Azərbaycan Liqasının təmsilçisi "Neftçi" Rumıniya futbolunun əfsanəvi adlarından olan Adrian Mutunu baş məşqçi postuna təyin etdiyini açıqlayıb.
Azərbaycan təmsilçisinin açıqlamasında 44 yaşlı Mutu ilə 2 illik müqavilə imzalandığı qeyd edilib.
Futbolçu karyerasında Avropanın “İnter”, “Çelsi”, “Yuventus”, “Fiorentina” kimi aparıcı klublarında çıxış edən Mutu bir müddət əvvəl ölkəsinin “Rapid Buxarest” komandasını çalışdırıb.
Faktmedia.az