Türkiyədə 12 yaşadək futbolçular arasında “İzmir Cup” beynəlxalq futbol turniri keçiriləcək.
Yarışda 72 iştirakçının olacağı gözlənilir ki, onların 65-i dəqiqləşib. İştirakçılar arasında “Neftçi” və “Qarabağ”ın uşaq komandaları da var.
Təmsilçilərimiz burada Avropanın PSJ, “Çelsi”, “Mançester Siti”, “Yuventus”, “Bayern” kimi top-klubları ilə mübarizə aparacaqlar.
“İzmir Cup” aprelin 6-dan 9-dək Türkiyənin İzmir şəhərində keçiriləcək.