Bildiyiniz kimi, abituriyentlərin qəbul imtahanları yekunlaşmaq üzrədir. Həm valideyinlər, həm də abituriyenlər seçəcəkləri ixtisaslarla ətraflı şəkildə maraqlanırlar. Bu məsələdə yardımçı olmaq üçün “Ixtisas seçimi 2023” adlı proqram istifadəçilərin ixtiyarına verilib. Proqram əvvəlki ilə görə təkmilləşdirilmiş və subbakalavr bölməsi əlavə olunub.
Proqam aşağıdakı bölmələrdən ibarətdir.
Filtr bölməsi - Qruplar üzrə ixtisaslar ayrılıb. Bu bölmədə bütün ixtisaslar, keçid balları, təhsilin əyani və qiyabi forması, yer sayları, ödənişlər haqqında məlumat ala bilərsiniz.
İxtisaslar bölməsi - İstədiyiniz ixtisası seçib müqayisə apara bilərsiniz.
Universitetlər bölməsi - İstədiyiniz universiteti seçib bütün ixtisasları ilə tanış ola və müqayisə apara bilərsiniz.
Qaralama bölməsi - Sizin üçün əhəmiyyətli olan ixtisasları seçib qaralama bölməsində saxlaya bilərsiniz.
Axtar bölməsi - İstədiyiniz ixtisası axtarış edib universitetlər üzrə müqayisə edə bilərsiniz.
Əlaqə bölməsi - İxtisas seçimi ilə bağlı sualınız yaranarsa əlaqə məlumatları ilə bizimlə əlaqə saxlaya bilərsiniz.
Proqramı yükləmək üçün playstordan “ixtisas seçimi 2023” yazaraq və ya linkə toxunaraq telefonunuza yükləyə bilərsiniz.