"Ağız boşluğunda dişlərin çürüməsi, dağılması prosesi belə başlayır: ilk olaraq körpə doğulur onun məktəbə qədər, məktəb vaxtında ağıza baxımı, ağız boşluğunun gigiyenasını düzgün şəkildə saxlamağı həm ailə tərəfindən rutin olaraq öyrədilmir, həm də uşaqlar özləri maraqlanmırlar. Bunlar hamısı ailə içindən gələn bir şeydir. Ən balaca vaxtından artıq primitiv standart ağız boşluğuna düzgün baxımı öyrətmək lazımdır".
Bu fikirləri Faktmedia.az-a stomotoloq Tural İbadov deyib.
Həkim bildirib ki, əsas nüanslardan birincisi budur:
"Orta yaşa çatmamış dişlər xarab olur. İkinci nüans bizim ümumi istifadə etdiyimiz içməli su ilə bağlıdır. İçməli suların yodlaşdırılması və filorlaşdırılması çox zəyifdir. Son 2-3 ildə bu məsələyə ciddi nəzarət edirlər. Suyun lazımı qədər yodlaşdırılmasına, filorlaşdırılmasına çalışırlar. Ümid edirik gələcək illərdə daha da yaxşılaşar. Çünki bu iki element dişin bərk toxumaları üçün ən vacib və əsas qida ünsürüdür.
Üçüncüsü isə rutin olaraq ən az ildə 2 dəfə stomotoloq qəbulunda olmaq lazımdır. Bu problemlər elədir ki, 10 %-li bir problemlə başlayır və həkim yanına getmədikcə bu qalxır 60-70%-ə və 80 %-lik bir problem halında həkimə gəlinir və bəzən artıq həkimin edə biləcəyi heç nə qalmır. Diş çəkilir və ağızda həmin hissə boş qalır. Ən yaxşı halda müdaxilə olunub "yaralı" şəkildə onu yenidən həyata gətirmək olur. Amma yenə də dişlərin ömrü qısalmış olur. Ona görə də vaxtı-vaxtında stomotoloq qəbuluna gəlmək lazımdır. Təkcə ağız boşluğunun yox, insan orqanizmində baş verən bir çox xətəlikdə ağız boşluğunun, dişlərin danılmaz rolu var".
Rəna Həsənova