ABŞ prezidenti Co Bayden və Hindistanın baş naziri Narendra Modi birgə bəyanat yayaraq, ölkələrin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər.
Faktmedia.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
İki ölkənin liderləri Ukraynadakı münaqişədən dərin narahat olduqlarını bildiriblər. Bundan əlavə, Bayden və Modi baş verənlərin qlobal iqtisadi sistemə, ərzaq, yanacaq və enerji təhlükəsizliyinə mənfi təsirin olduğunu bildirib. Onlar bəyanatda Ukrayna xalqına humanitar yardım göstərməyə davam edəcəklərini vəd ediblər.
Havar Şəfiyeva