Son günlərdə baş verən günəş fırtınalarını araşdıran NASA, ölümcül gücə malik günəş fırtınasının bütün dünyanı qaranlığa qərq edə biləcəyini açıqlayıb.
Bu barədə məlumatı xarici KİV-lər yayıb.
Yeni baş verən günəş tufanında Yerin maqnit sahəsində çatlar əmələ gəlib.
Məlumata görə, baş verəcək belə günəş fırtınaları cəmi 30 dəqiqə əvvəl bəşəriyyətə məlum olur və onların təsiri bir neçə həftə davam edir.
NASA rəsmilərinin açıqlamalarına görə, ölümcül günəş fırtınaları elektrik enerjisini saatlarla kəsə bilər. Buna hazırlaşmaq üçünsə cəmi 30 dəqiqə vaxt olacaq.
“Bu halda insanlar həm də sağ qalmaq üçün tədbir görməlidir”,- deyə mütəxəssislər qeyd ediblər.
Xəyalə Xəlilova