Günəşin üstündə 20 Yer ölçüsündə yeni dəlik müşahidə edilib.
Faktmedia.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
Tac dəliyinin günəş küləklərini Yerə doğru saatda 2 milyon 896 min kilometr sürətlə göndərəcəyi gözlənilir.
Bildirilib ki, bu küləklər dünya üçün təhlükə yaratmır.
Bu tac dəlikləri sayəsində daha əvvəl də Günəşin güldüyünü görmüşük.
Qeyd edək ki, bu, martın 22-də aşkar edilən Yer ölçüsündə 30 dəlikdən sonra bu həftə ikinci kəşfdir.
Havar Şəfiyeva