"Laçın sərhəd- keçid məntəqəsi düzgün olaraq bağlandı, çünki Ermənistan həmin məntəqənin problemsiz işləməsinə zəmanət vermədi. Nəzərə alsaq ki, gedənlər Ermənistana gedirlər və Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan erməni sakinlərin qohumları, təhsil, hansısa bir iş, sağlamlıqla bağlı Ermənistanla sıx əlaqələri var".
Bunu Faktmedia.az-a millət vəkili Aydın Mirzəzadə deyib.
Deputat əlavə edib:
"Ermənistan həmin sakinlərin təhlükəsiz gediş-gəlişini istəyirsə, mütləq bizim sərhəd- keçid məntəqəmizin təhlükəsiz işləməsinə zəmanət verməlidir. Zəmanət dedikdə, işin təşkili Azərbaycandadır, amma Ermənistan ərazisindən ora vaxtaşırı atəş açılacaqsa, əlbəttə, həmin məntəqə qeyri- müəyyən müddətə bağlana bilər. Rusiya sülhməramlıları ilə Azərbaycanın 5 il müddətinə imzaladığı bəyannamə var. Şübhəsiz ki, hal-hazırda Rusiya ilə sülhməramlıların öz vəzifələrinə məsuliyyətlə və həmin bəyannamənin tələblərinə uyğun olaraq fəaliyyət göstərməsi ilə bağlı danışıqlar gedir".
Rəna Həsənova