Son aylarda Hollivud ulduzu Brüs Uillisin demensiya ilə mübarizəsinin gedişatı ilə bağlı kədərli xəbərlər yayılıb.
"Die Hard" filminin ulduzunun ailəsi əvvəlcə onun afaziya diaqnozu səbəbindən aktyorluq karyerasından "uzaqlaşdığını" açıqlamışdı. Bu ilin əvvəlində onlar onun vəziyyətinin pisləşdiyini və indi frontotemporal demensiyadan əziyyət çəkdiyini açıqladılar.
Aktyorun ailəsindən yeni verilən məlumata görə, Hollivud ulduzu artıq öz yaxınlarını da tanımamağa başlayıb.
Havar Şəfiyeva