Hollivud aktrisası və prodüseri, ikiqat Oskar mükafatçısı Hilari Suonk 48 yaşında əkiz uşaq dünyaya gətirib.
Faktmedia.az xəbər verir ki, o, bu barədə İnstaqram səhifəsində məlumat verib.
"Asan deyildi, amma oğlan və qız buna dəyərdi!" – deyə 48 yaşlı məşhur yeni doğulan körpələrin şəkli ilə postu müşayiət edib. Swank hamiləliyindən təxminən altı ay əvvəl danışıb.
“Million Dollar Baby” filminin ulduzunun uşaqlarının atası sahibkar Filip Şnayderdir. Cütlük iki illik romantik münasibətdən sonra 2018-ci ildə evlənib.
Sevinc Hüseynova