İşsizlik birmənalı olaraq respublika səviyyəsində olan bir problemdir. Mən düşünürəm ki, bununla bağlı aidiyyatı qurumlar hər hansı bir ölçü və meyarlar hesablaya bilərlər. Taksilərlə bağlı şərtlər ağırlaşarsa, əgər deyilənlər həqiqət olarsa, yəni qiymətlər bahalaşarsa, o zaman müəyyən narahatlıqlar insanların bu sahədən uzaqlaşması kimi prosseslər baş verə bilər".
Bunu Faktmedia.az-a-a əqliyyat eksperti Aslan Əsədov deyib.
Ekspert əlavə edib:
"O zaman taksi fəaliyyəti ilə məşğul olan sürücülər nə işlə məşgul olacaqlar sualı yaranır. Təbii ki, o qədər işsizlik ordusunun, əmək qabiliyyəti olan insanların işsiz qalmasına da dövlət göz yummayacaq. Onların müəyyən sahələrdə işlə təmin olunması, qanuni əmək müqavilələrinin bağlanması üçün şərait yaradılacaq. Mən düşünürəm ki, bu prosseslər gələcəkdə daha rahat həyata keçiriləcək, çünki, artıq onlar da əmək müqaviləsi, 8 saatlıq iş rejimi ilə işləyə biləcəklər. Təbii ki, bunlar zamana bağlı mövzular, vaxt tələb edən prosseslərdir. Taksi sürücüsü kimi fəaliyyət göstərən şəxslərin də ailələrinə rahat şəkildə qazanc aparması üçün zaman və şərait yaradılar. Bunun üçün də nikbin olmağa dəyər".
Rəna Həsənova